Rusiya apreldə 42 tona yaxın qızıl ixrac edib

Rusiya apreldə 42 tona yaxın qızıl ixrac edib
# 10 iyun 2020 16:46 (UTC +04:00)

Bu ilin aprel ayında Rusiya 2,2 mlrd. ABŞ dolları dəyərində 41,8 ton qızıl ixrac edib.

"APA-Economics"in Rusiyanın Federal Gömrük Xidmətinin ilkin hesablamalarına istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 14 dəfə, bu ilin mart ayı ilə müqayisədə isə 4 dəfə çoxdur.

Hesabat dövründə Rusiyadan qızılın əsas alıcı ölkələri Böyük Britaniya, İsveçrə və Türkiyə olub. Bu ölkələrə müvafiq olaraq 1,6 mlrd. dollar dəyərində 29,6 ton, 383 mln. dollar dəyərində 7,1 ton və 277 mln. dollar dəyərində 5 ton qızıl göndərilib.

Qeyd edək ki, ümumilikdə, Rusiya yanvar-aprel aylarında 3,8 mlrd. dollar dəyərində 71,9 ton qızıl ixrac edib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 7,9 dəfə çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR