Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatınının azaldılması ilə bağlı fikir ayrılıqlarını həll etməyə müvəffəq olub

Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatınının azaldılması ilə bağlı fikir ayrılıqlarını həll etməyə müvəffəq olub
# 09 aprel 2020 20:10 (UTC +04:00)

Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatınının azaldılması ilə bağlı əsas fikir ayrılıqlarını həll etməyə müvəffəq oldular.

"APA-Economics"-in məlumatına görə, bu barədə "Reuters" və "The Wall Street Journal" anonim mənbələrə istinadən xəbər verirlər.

"WSJ" həmçinin qeyd edir ki, OPEC və digərləri gündə 20 mln. barelin bazardan necə çıxarılması üzərində işləyirlər. Qeyd olunur ki, Rusiya ilə Səudiyyə Ərəbistanı hasilatı gündə ən az 10 mln. barel azaltmaq barədə razılığa gəlməyə yaxındırlar.

"Səudiyyə Ərəbistanı, aprel ayından başlayaraq hasilatı gündə 4 mln. barel azalda bilər ... Razılaşmaya əsasən Rusiya isə hasilatı gündə 2 milyon barel azalda bilər", - qəzet yazır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR