SOCAR Ukraynada 56-cı YDM-i istifadəyə verib

SOCAR Ukraynada 56-cı YDM-i istifadəyə verib
  • Clock-gray 14:14
  • calendar-gray 05 Fevral 2021

“SOCAR Energy Ukrayna”nın Kiyevdə yeni premium-klass yanacaqdoldurma kompleksinin açılışı olub.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bu, yanacaqdoldurma kompleksi şəbəkənin 56-cı, Kiyevdə isə 13-cü məntəqəsidir.

Məlumata görə, YDM-də yüngül neft məhsullarının avtomobillərə vurulması üçün 3 ikitərəfli yanacaq paylayıcı, həmçinin LPG doldurulması üçün dörd tapançalı qaz modulu quraşdırılmışdır. Sürücülərə Avropanın “Orlen” şirkətinin istehsalı olan keyfiyyətli NANO yanacağının bütün növləri – “A-98”, “A-95”, “Diesel Nano” və “Diesel Nano Extro” təklif olunur. Yaxın gələcəkdə kompleksdə elektromobillərin yüklənməsini də həyata keçirmək mümkün olacaq.

Yeni YDM qara rəngin, monoxromluğun üstünlük təşkil etdiyi müasir sənaye üslubunda tərtib olunmuşdur. SOCAR-ın trend özəllikləri interyer və eksteryerdə özünü göstərmişdir. Burada təkərlərin doldurulması, biznes guşəsi, körpələr üçün bələk masası, avtomat ayaqqabı təmizləyicisi, valyuta dəyişmə məntəqəsi kimi əlavə xidmətlər müştərilərin istifadəsinə verilmişdir.

Arzu edənlər əvvəlcədən sifariş etməklə kompleksdəki marketdən növbəsiz, vaxt itirmədən alış-veriş edə bilər, evdə ailə üzvləri ilə birlikdə dadlı və doyumlu nahara etmək üçün “Buta Cafe”nin hazır yeməklərindən ala bilərlər.

Xatırladaq ki, SOCAR – yolunuzun üstündə avtomobiliniz üçün düzgün yanacaq əldə etmək, yüksək keyfiyyətli xidmətlərdən yararlanmaqla yanaşı həm də dünya şöhrətli unikal brendləri tapacağınız rahat bir yerdir. Halal ətdən hazırlanmış dönər-kabab və əsl Azərbaycan plovu isə SOCAR-ın visit vərəqəsinə çevrilib.

Emil İsmayılov

Digər xəbərlər