SOCAR istehsalat sahələrində təhlükəsizlik tədbirlərini gücləndirib

SOCAR istehsalat sahələrində təhlükəsizlik tədbirlərini gücləndirib
# 23 fevral 2021 12:20 (UTC +04:00)

Küləkli havanın gözlənilməsi ilə əlaqədar olaraq SOCAR-ın istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib, açıq səthlərdə aparılan işlər dayandırılıb, idarə aparatında və sahələrdə məsul şəxslərdən ibarət növbətçilik təşkil olunub.

Bunu "APA-Economics"ə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

"İndiyə qədər 45 əməkdaş dəniz özülləri arasında daha təhlükəsiz yerlərə köçürülərək, əsasən "Neft Daşları"na gətirilib", - deyə İ. Əhmədov qeyd edib.

Xatırladaq ki, öncə Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi Xəzər dənizi akvatoriyasında müşahidə edilən kəskin hava şəraiti ilə əlaqədar xəbərdarlıq edir.

Məlumata görə, Agentliyin Gəmilərin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinə təhlükəli hidrometeoroloji hadisə haqqında daxil olan məlumata əsasən, fevralın 23-ü axşamdan Xəzər dəniz akvatoriyasında – Bakıda və Abşeron yarımadasında Şimal-Qərb, Şimal küləyinin 18-23 m/s-dək, arabir 25-30 m/s-dək, fevralın 24-də isə yarımadanın bəzi yerlərində arabir 32-35 m/s-dək güclənəcəyi, çovğun olacağı, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcəyi ehtimal edilir. Dənizdə dalğanın hündürlüyünün 2-4 metrə, sonrakı inkişafda 5,5-7,5 metrə çatacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR