SOCAR və BP əməkdaşlıq perspektivlərini müzakirə edib

SOCAR və BP əməkdaşlıq perspektivlərini müzakirə edib
  • Clock-gray 16:20
  • calendar-gray 11 Dekabr 2019

Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan BP qrupunun baş icraçı direktoru Robert Dadlinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, görüşdə SOCAR-BP əməkdaşlığının perspektivləri, xüsusən, “Azəri-Çıraq-Günəşli” yataqlarında hasilatın stabilləşdirilməsi, təbii düşmə tempinin mümkün dərəcədə qarşısının alınması məsələləri müzakirə olunub. Həmçinin yaxın müddətdə “Şəfəq-Asiman” perspektiv strukturunda kəşfiyyat qazmasının başlanılması ilə yanaşı, Azərbaycanda müxtəlif yataqların işlənməsi üzrə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Məlumata əsasən, görüşdə beynəlxalq bazarlarda SOCAR və BP-nin birgə əməliyyatları, Cənub Qaz Dəhlizi çərçivəsində qazın nəqli və satışı perspektivləri, dünya neft-qaz bazarının hazırkı vəziyyəti, müşahidə olunan trendlər də müzakirə edilib.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date