"Şahdəniz"də ötən il qaz və kondensat hasilatı artıb

"Şahdəniz"də ötən il qaz və kondensat hasilatı artıb
# 04 fevral 2021 10:28 (UTC +04:00)

Ötən il Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından təqribən 18,1 mlrd. kubmetr qaz hasil edilib ki, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 7,7% çoxdur.

"APA-Economics"in BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə 2020-ci ilin yekunlarına dair dərc etdiyi hesabata istinadən verdiyi məlumata görə, hesabat dövrü yataqda 3,6 mln. ton (29 mln. barel) kondensat hasil edilib ki, bu da illik müqayisədə 2,9% çoxdur.

Məlumata əsasən, hasilat "Şahdəniz Alfa" və "Şahdəniz Bravo" platformalarından aparılıb.

Hesabata əsasən, 2020-ci ildə "Şahdəniz" üzrə fəaliyyətlərə 544 mln. ABŞ dolları yaxın əməliyyat xərcləri və 1,1 mlrd. dollar əsaslı xərclər çəkilmişdir. Əsaslı xərclərin böyük əksəriyyəti "Şahdəniz-2" layihəsinə aid olub.

Qeyd edək ki, "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 28,8%), AzSD (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "Lukoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR