"Şahdəniz"dən indiyədək 89 mlrd. kubmetrə yaxın qaz ixrac edilib

"Şahdəniz"dən indiyədək 89 mlrd. kubmetrə yaxın qaz ixrac edilib
  • Clock-gray 14:58
  • calendar-gray 21 Dekabr 2020

İstismara veriləndən 2020-ci ilin 1 dekabr tarixinədək Xəzərin Azərbaycan sektorunda yerləşən  "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqlarından 175,6 mlrd. kubmetr qaz hasil edilib.

Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə,  hesabat dövrü  "Şahdəniz" qzz-kondensat yatağından isə 133,1 mlrd. kubmetr qaz hasil edilib.

"Şahdəniz" yatağı istismara veriləndən cari ilin 1 dekabr tarixinədək 88,8 mlrd. kubmetr qaz ixraca nəql edilib".

Xatırladaq ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP - 30,37% (operator), AzACG (SOCAR) – 25,00%, MOL – 9,57%, "Inpex" – 9,31%, "Equinor" (keçmiş "Statoil") – 7,27%, "ExxonMobil" – 6,79%, TPAO – 5,73%, "Itochu" – 3,65% və "ONGC Videsh Ltd." (OVL) – 2,31%. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı idi (2024-ci ildə başa çatmalı idi). Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişi imzaladılar. AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq.

Qeyd edək ki, "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 28,8%), AzSD (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "Lukoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

Emil İsmayılov

Digər xəbərlər