Samir Şərifov: Azərbaycan beynəlxalq təşkilatların donoru qismində 7 mln. dollar ayıracaq

Samir Şərifov: Azərbaycan beynəlxalq təşkilatların donoru qismində 7 mln. dollar ayıracaq
  • Clock-gray 20:42
  • calendar-gray 05 Dekabr 2019

 

Azərbaycan gələn il əməkdaşlıq etdiyi bir sıra beynəlxalq təşkilatların donoru qismində  7 mln. ABŞ dolları vəsait ayıracaq.

"APA-Economics"in məlumatına görə, bunu Azərbaycanın Maliyyə naziri Samir Şərifov Azərbaycanla Asiya İnkişaf Bankının əməkdaşlığının  20 illiyinə həsr olunmuş tədbirdə deyib.

Nazir bildirib ki, ölkə prezidenti İlham Əliyevin tapşırığına əsasən Azərbaycan gələn ildən etibarən bir sıra beynəlxalq təşkilatlarda donor ölkəsi qismində çıxış edəcək.

Belə ki, Azərbaycan Asiya İnkişaf Bankının Asiya İnkişaf Fonduna 2 mln. dollar Avropa Yenidənqurma və İnkişaf Bankına 2 mln. Beynəlxalq İnkişaf Assosiasiyasına 3 mln. dollar ayıraraq donor qismində çıxış edəcək.

"Bu, Azərbaycanın beynəlxalq inkişafa verdiyi töhfədir", - deyə nazir bildirib.

Mirsəid İbrahimzadə

Digər xəbərlər