"Saudi Aramco"nun xalis mənfəəti ötən rüb 45% azalıb

"Saudi Aramco"nun xalis mənfəəti ötən rüb 45% azalıb
# 03 noyabr 2020 11:33 (UTC +04:00)

Bu ilin III rübündə Səudiyyə Ərəbistanının "Saudi Aramco" milli neft şirkətinin xalis mənfəəti 11,79 mlrd. ABŞ dolları təşkil edib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 44,6% azdır.

"APA-Economics"in şirkətin maliyyə hesabatına istinadən verdiyi məlumata görə, azalmanın əsas səbəbləri kimi, aşağı neft aşağı qiymətləri, satış həcmlərinin azalması və bazarda tələbatın aşağı olması səbəbindən zəif emal həcmləri göstərilir.

Qeyd edək ki, sözügedən göstərici "Refinitiv" şirkətinin mütəxəssislərinin proqnozları ilə üst-üstə düşüb. Qlobal maliyyə bazarı məlumatları və infrastruktur təminatçısı olan şirkət III rübdə "Saudi Aramco"nun xalis mənfəətinin 11,89 mlrd. dollar səviyyəsində olacağını proqnozlaşdırırdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR