Səngəçal terminalından yanvar-sentyabrda 183 mln. barel neft ixrac edilib

Səngəçal terminalından yanvar-sentyabrda 183 mln. barel neft ixrac edilib
  • Clock-gray 14:12
  • calendar-gray 16 Noyabr 2020

Bu ilin yanvar-sentyabr aylarında Səngəçal terminalı Bakı-Tbilisi-Ceyhan (BTC) və Qərb İxrac Boru Kəməri vasitəsi ilə 183 mln. barel neft və kondensat ixrac edib ki, bu da 2019-cu ilin müvafiq göstəricisi ilə müqayisədə 7,6% azdır.

"APA-Economics"in BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə 2020-ci ilin ilk üç rübünün yekunlarına görə dərc etdiyi hesabata istinadən verdiyi məlumata əsasən, o cümlədən ötən dövr terminal 160 bareldən çox (10,1% azalma) BTC və 23 mln. bareldən artıq (15% artım) Qərb İxrac Boru Kəməri (Bakı-Supsa kəməri) marşrutu vasitəsilə ixrac edib.

Məlumata əsasən, terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 mln. barel neft və kondensat, "Şahdəniz" qazı üçün təqribən 85 mln. standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 105 mln. kubmetrdir.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi sistemi və terminalın qaz emalı obyektlərini "Azəriqaz"ın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

"İlk üç rüb ərzində terminaldan həmçinin gündəlik orta hesabla təxminən 48 milyon standart kubmetr "Şahdəniz" qazı ixrac edilib", - hesabatda deyilir.

Emil İsmayılov

Digər xəbərlər