Səudiyyə Ərəbistanı Belarusa ilk neft partiyasını göndərib

Səudiyyə Ərəbistanı Belarusa ilk neft partiyasını göndərib
# 12 may 2020 11:26 (UTC +04:00)

Səudiyyə Ərəbistanı 80 min tonluq ilk xam neft partiyasını Belarusa göndərib.

"APA-Economics"in STV-yə istinadən verdiyi məlumata görə, tanker vasitəsilə tədarük olunan xam neft artıq Litvanın Klaypeda şəhərinin limanına çatdırılıb. Daha sonra sözügedən neft dəmir yolu ilə Belarusa göndəriləcək.

Qeyd edilir ki, Belarus neft tərəfdaşlarının siyahısını genişləndirir. Rusiya şirkətlərindən başqa artıq Azərbaycan və Norveç tədarükçüləri də ölkənin tərəfdaşları sırasına qoşulub. Əlavə olaraq, Belarus ABŞ istehsalçıları ilə də danışıqları davam etdirir. ABŞ-dan Belarusa xammal idxalı Polşadan mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR