Türkiyə Qara dənizdə kəşfiyyat quyusunun qazılmasına hazırlaşır

Türkiyə Qara dənizdə kəşfiyyat quyusunun qazılmasına hazırlaşır
  • Clock-gray 10:26
  • calendar-gray 03 Noyabr 2020

Türkiyənin "Fatih" gəmisi Qara dənizdə "Türkali-1" axtarış quyusunun qazılacaq əraziyə çatıb.

Bu barədə "APA-Economics" Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, gəmi "Sakarya" qaz yatağında yerləşən sahədə işini davam etdirəcək.

Xatırladaq ki, ehtiyatları 405 mlrd. kubmetr səviyyəsində qiymətləndirilən "Sakarya" qaz yatağının açılması barədə bu il elan edilib.

Emil İsmayılov

Digər xəbərlər