Ukrayna NEZ-lərinə bu il 43 min ton Azərbaycan nefti nəql edilib

Ukrayna NEZ-lərinə bu il 43 min ton Azərbaycan nefti nəql edilib
# 17 sentyabr 2020 10:20 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında "Ukrtransnafta" Səhmdar Cəmiyyəti 10,3 mln. ton neft nəql edib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 8,3% çoxdur.

"APA-Economics"in məlumatında görə, bu barədə SC-nin rəsmi açıqlamasında bildirilir.

Xüsusilə, ilin ilk səkkiz ayı ərzində Ukrayna neft emalı zavodları (NEZ) üçün 1,7 mln. ton negt nəql edilib, tranzit neftinin həcmi isə 8,6 mln. tona bərabər olub. Bu, ötən ilin eyni dövrünün göstəricilərini müvafiq olaraq 12,2% və 7,5% üstələyir.

Avqust ayında neft nəqlinin ümumi həcmi keçən ilin avqust ayına nisbətən 8% azalaraq 1,5 mln. ton olub. Ukrayna ərazisindən boru kəməri ilə neftin tranziti 9,2% azalaraq 1,3 mln. ton təşkil edib.

Ötən ay Ukrayna NEZ-lərinə nəq olunan neftin həcmi illik ifadədə 0,9% azalaraq 225 min ton təşkil edib. Nəql edilən neftin 117,1 min tonu Ukrayna, 43 min tonu Azərbaycan, 65,4 min tonu Amerika (WTI) nefti olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR