Ukraynanın bu il idxal etdiyi xam neftin 78%-i Azərbaycanın payına düşüb

Ukraynanın bu il idxal etdiyi xam neftin 78%-i Azərbaycanın payına düşüb
  • Clock-gray 12:50
  • calendar-gray 12 Dekabr 2019

Bu ilin yanvar-noyabr ayları ərzində Ukrayna Azərbaycandan 297,9 mln. ABŞ dolları dəyərində neft idxal edib ki, bu da Ukraynanın ümumi xam neft idxalının 77,8%-nə bərabər olub.

"APA-Economics"in Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, ümumilikdə, hesabat dövründə Ukrayna 382,7 mln. dollar dəyərində neft idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,6% azdır.

Neft idxalının həcminə gəldikdə isə, 2019-cu ilin yanvar-noyabr aylarında Ukrayna xam neft idxalının həcmini 2018-ci ilin eyni dövrü ilə müqayisədə 6,2% artıraraq 745,9 min tona çatdırıb.

Mirsəid İbrahimzadə

Digər xəbərlər

Arxiv

date