WTI neftinin qiyməti 18 dollara düşüb

WTI neftinin qiyməti 18 dollara düşüb
# 17 aprel 2020 13:18 (UTC +04:00)

WTI markalı neftin ucuzlaşması davam edir. Qiymət azalması 8%-dən çox olub.

"APA-Economics"in məlumatına görə, Bakı vaxtı ilə saat 13:10-da WTI markalı neftin bir bareli üçün may fyuçerslərinin qiyməti 8,05% azalaraq 18,27 ABŞ dollarına bərabər olub.

"Brent" markalı neftin iyun fyuçerslərinin qiyməti isə 0,43% azalaraq 27,7 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR