ABŞ-da neftin ehtiyatları dörd həftə ardıcıl olaraq azalır

ABŞ-da neftin ehtiyatları dörd həftə ardıcıl olaraq azalır
# 08 dekabr 2022 09:46 (UTC +04:00)

Ötən həftənin yekunlarına görə, ABŞ-da neftin kommersiya ehtiyatları 5 187 min barel azalaraq, 413 897 min barel təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 3 305 min barel azalacağını proqnozlaşdırırdı.

Qeyd edək ki, ABŞ-da neftin kommersiya ehtiyatları dörd həftə ardıcıl olaraq azalır.

ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR