ABŞ-da neftin kommersiya ehtiyatları 450 mln. barelə yaxınlaşır

ABŞ-da neftin kommersiya ehtiyatları 450 mln. barelə yaxınlaşır
# 26 yanvar 2023 09:42 (UTC +04:00)

Ötən həftənin yekunlarına görə, ABŞ-da neftin kommersiya ehtiyatları 533 min barel artaraq, 448 548 min barel təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 971 min barel artacağını proqnozlaşdırırdı.

ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR