ABŞ-dan Avropaya gedən LNG tankerlərinin sayı kəskin artıb

ABŞ-dan Avropaya gedən LNG tankerlərinin sayı kəskin artıb
# 24 dekabr 2021 10:52 (UTC +04:00)

Mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan və ABŞ-dan Avropaya istiqamət götürən tankerlərin sayı gün ərzində 50% artıb.

"APA-Economics"in məlumatına görə, bu barədə "Bloomberg" xəbər verir.

Məlumata görə, ABŞ-dan Qərbi Avropaya istiqamət götürən LNG tankerlərinin sayının artması Avropa İttifaqında enerji böhranının pisləşməsi ilə əlaqələndirilir.

Qeyd olunur ki, çərşənbə günü ABŞ-dan Avropaya gedən tankerlərin sayı 10 idisə, hazırda onların sayı 15 təşkil edir. Bununla yanaşı, hazırda ABŞ-dan yola salınması nəzərdə tutulan 11 LNG tankeri var ki, istiqamət marşrutu onların Avropaya getdiyini göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR