ABŞ-ın neft ehtiyatları 449 mln. barelə çatıb - RƏSMİ

ABŞ-ın neft ehtiyatları 449 mln. barelə çatıb - RƏSMİ
# 15 noyabr 2019 10:43 (UTC +04:00)

Ötən həftənin yekunlarına görə, ABŞ-ın neft ehtiyatları 2,22 mln. barel artaraq 449,001 mln. barelə çatıb.

"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın neft ehtiyatlarının 1,65 mln. barel artacağını proqnozlaşdırırdı.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR