ABŞ-ın neft ehtiyatları artıb - PROQNOZ

ABŞ-ın neft ehtiyatları artıb - PROQNOZ
# 28 sentyabr 2022 10:07 (UTC +04:00)

Ötən həftənin yekunlarına görə, ABŞ-ın kommersiya neft ehtiyatları 4 150 min barel artaraq, təxminən 434 925 min barel təşkil edib.

"APA-Economics"in Amerika Neft İnstitutunun (API) proqnozlarına istinadən verdiyi məlumata görə, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 333 min barel artacağını proqnozlaşdırıb.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR