ABŞ-ın strateji neft ehtiyatları son bir həftə ərzində 8,4 mln. barel azalaraq 434,1 mln. barelə enib.
“APA-Economics”in verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi məlumat yayıb.
Məlumata görə, strateji neft ehtiyatlarının qeyd olunan həcmi 1984-cü ildən bəri ən aşağı göstəricidir.