AÇG-də bu il 7 mln. ton neft hasil edilib

AÇG-də bu il 7 mln. ton neft hasil edilib
# 12 may 2022 11:16 (UTC +04:00)

Cari ilin yanvar-aprel ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 11,1 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, neft hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 409 min ton az olub.

Məlumata görə, respublika üzrə neft hasilatının 7 milyon tonu “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun, 1,5 milyon tonu (kondensat) “Şahdəniz” qaz-kondensat yatağının payına düşüb.

“SOCAR üzrə neft hasilatı 2,6 milyon ton təşkil edib”, - məlumatda qeyd olunur.

Hesabat dövründə 9 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 8,5 milyon tona yaxını konsorsiumun, 448 min tonu isə SOCAR-ın payına düşür. Neftin (kondensatla birlikdə) ixraca nəqli 2021-ci ilin müvafiq dövrünə nisbətən 501 min ton, yəni 5,3% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR