Aİ-nin enerji müharibəsindən zərəri qiymətləndirilib

Aİ-nin enerji müharibəsindən zərəri qiymətləndirilib
# 05 oktyabr 2022 13:33 (UTC +04:00)

Ekspertlər Avropa İttifaqının qaz böhranı ilə əlaqədar xərclərinin 1 trln. avronu aşdığını bildiriblər.

APA-Economics”, “İnvesting” saytına istinadən xəbər verir ki, bu barədə məlumatı “Yakov i partnyorı”(keçmiş McKinsey şirkətinin Rusiya şöbəsi) konsaltinq agentliyi verib.

Agentlik həmçinin, Avropa İttifaqının enerji böhranı və enerji daşıyıcılarının qiymətinin artması ilə əlaqədar xərclərinin 2023-cü ildə 1-1,6 trln. dollar təşkil edəcəyini proqnozlaşdırıb.

Qeyd edək ki, bu gün Avropa İttifaqı ölkələri Rusiyaya qarşı 8-ci sanksiya paketi barədə razılığa gəliblər və sənədin sabah, 6 oktyabrda təsdiqlənməsi gözlənilir.

Cavid Əzimov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR