Almaniya anbarlarındakı qazın həcmi açıqlanıb

Almaniya anbarlarındakı qazın həcmi açıqlanıb
# 19 avqust 2022 18:15 (UTC +04:00)

Almaniyada qaz anbarlarının dolumluluq səviyyəsi 78%-i keçib.

APA-Economics”in Almaniya Federal Şəbəkə Agentliyi məlumatına istinadən verdiyi xəbərə görə, Almaniyada ümumi qazsaxlama səviyyəsi 78,2% təşkil edir. Son sutka ərzində bu göstərici 0,41 faiz bəndi artıb.

Xatırladaq ki, bu yaxınlarda Almaniya qaz anbarları operatorlarını noyabr ayına qədər 95% dolumluluğ səviyyəsini təmin etmək məcbur edən qanunvericiliyə düzəlişlər qəbul etdi. Yeni qərara əsasən, anbarlar sentyabrın 1-dək ən azı 75%, oktyabrın 1-dək isə ən azı 85% dolmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR