Almaniya və Aİ 2035-ci ildən sonra avtomobillərdə elektrik yanacağının istifadəsi ilə bağlı razılığa gəliblər

Almaniya və Aİ 2035-ci ildən sonra avtomobillərdə elektrik yanacağının istifadəsi ilə bağlı razılığa gəliblər
# 26 mart 2023 19:53 (UTC +04:00)

Almaniya və Aİ 2035-ci ildən sonra istehsal olunan avtomobillərdə daxili yanma mühərrikləri (ICE) üçün karbon-neytral yanacaqla bağlı razılığa gəlib.

APA xəbər verir ki, bu barədə rbc.ru Almaniyanın nəqliyyat naziri Volker Vissinq və Avropa Komissiyasının “Avropa üçün Yaşıl Paktı” üzrə nümayəndəsi Frans Timmermansın bəyanatına istinadən məlumat yayıb.

"Biz Almaniya ilə avtomobillərdə yanacağın gələcəkdə istifadəsi ilə bağlı razılığa gəldik" – Timmermans deyib.

Onun sözlərinə görə, indi avtomobillər üçün karbon qazı (CO) emissiya standartlarının təsdiqi üzərində işlərə başlanılacaq.

Vissinq bildirib ki, ICE avtomobilləri yalnız CO neytral yanacaq istifadə edərsə, 2035-ci ildən sonra yenidən qeydiyyata alına bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR