BP: Alternativ energetikanın inkişafı dövrün tələbidir

BP: Alternativ energetikanın inkişafı dövrün tələbidir
# 30 oktyabr 2019 17:44 (UTC +04:00)

Enerji şirkətlərinin alternativ enerji sahəsinin inkişafından imtina etməsi onların 2050-ci ilədək bazarda yerlərinin itirməsinə səbəb ola bilər.

APA-Economics”in məlumatına görə, bunu BP şirkətinin Rusiya və postsovet ölkələri üzrə iqtisadiyyat və enerji məsələlərinə dair tədqiqatlara rəhbərlik edən və həmin ölkələrin iqtisadi siyasəti üzrə məsləhətçisi Vladimir Drebentsov "BP-nin Dünya Enerjisinə dair Statistik İcmalı" və "BP-nin Enerji Perspektivlərinə Baxış – 2040" adlı sənədlərin təqdimatı zamanı deyib.

Onun sözlərinə görə, alternativ energetikanın inkişafı dövrün tələbidir. Bu şəraitdə BP ilə yanaşı bütün iri enerji şirkətləri alternativ və bərpa olunan energetika sahəsinin inkişafı üzərində çalışırlar: “Kim bununla məşğul olmasa, çox güman ki, 2050-ci il üçün bu bazarda qalmayacaq”.

BP-nin nümayəndəsi əlavə edib ki, bir sıra bölgədə alternativ energetika rəqabətqabiliyyətli bir enerji mənbəyinə çevrilib. Hazırda bu istiqamətdə sürətli inkişaf müşahidə olunur, buna səbəb isə texnologiyaların inkişafı sayəsində maya dəyərinin azalması və alternativ energetikanın inkişafı üçün vacib olan enerji toplama üsulları üzrə təkliflərin artmasıdır.

V. Drebentsovun sözlərinə görə, alternativ enerjinin inkişafı sahəsində ilkin mərhələdə olan ölkələrdə, məsələn, Azərbaycan kimi, bu proses əhəmiyyətli investisiya və dövlət dəstəyini tələb edir. Bu mərhələni keçəndən sonra isə ölkədə rəqabətli bazar formalaşır və alternativ energetika daha da sürətli inkişaf edir.

Qeyd edək ki, Azərbaycan 2020-ci ilin yazında alternativ enerji sahəsində 8 ərazi üzrə hərrac elan edəcək. Onun sözlərinə görə, hərraclar Azərbaycanın 8 coğrafi məkanında 5 külək və 3 günəş enerjisi stansiyalarının quraşdırılması layihələri üzrə elan ediləcək.

BP və bir sıra xarici şirkətlər artıq Azərbaycanda alternativ energetikanın inkişafına dair təkliflərini Energetika Nazirliyinə təqdim ediblər.

Azərbaycanın külək enerji potensialı 3 min MVt, günəş enerjisi üzrə isə bu göstərici 20 min MVt-dan artıqdır. Əsas məqsəd 2030-cu ildə alternativ və bərpa olunan enerji mənbələrinin Azərbaycanda istehsal edilən elektrik enerjisində payını 30%-ə çatdırmaqdır”, - deyə S. Axundov əlavə edib.

Strateji yol xəritəsinə uyğun olaraq Azərbaycanda bərpa olunan enerji üzrə 420 MVt-lıq stansiyalar tikiləcək. Bunun 350 MVt-ı külək, 50 MVt-ı günəş, qalan 20 MVt-ı isə biokütlə stansiyalarının payına düşəcək.

Xatırladaq ki, hazırda alternativ enerji mənbələrinin respublika üzrə elektrik enerjisinin istehsalında 8,1%-dir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR