Apreldə Azərbaycanda gündəlik neft hasilatı açıqlanıb

Apreldə Azərbaycanda gündəlik neft hasilatı açıqlanıb
# 14 may 2022 10:18 (UTC +04:00)

2022-ci ilin aprel ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 693,1 min barrel olub.

Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, bunun 579,1 min barrelini xam neft, 114 min barrelini isə kondensat təşkil edib.

Xatırladaq ki, “OPEC plus” ölkələri nazirlərinin 26-cı iclasında qəbul edilmiş razılaşmaya əsasən, Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin aprelində daha 7 min barrel artırılaraq 682 min barrelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 36 min barrel həcmində olması nəzərdə tutulurdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR