ARDNF Azəri-Çıraq-Günəşli və Şahdəniz yataqları üzrə gəlirləri açıqlayıb

ARDNF Azəri-Çıraq-Günəşli və Şahdəniz yataqları üzrə gəlirləri açıqlayıb
# 08 avqust 2019 12:42 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz yataqları üzrə gəlirləri açıqlayıb.

ARDNF-dən "APA-Economics"ə verilən məlumata görə, 31.07.2019 tarixinə 2001-ci ildən AÇG yatağı üzrə əldə olunan ümumi gəlirlər 143 366 mln. ABŞ dolları təşkil edib.

Bu il AÇG yatağından əldə olunmuş gəlir isə 5 160 mln. ABŞ dolları olub.

O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər bu ilin ilk 7 ayında 209 mln. ABŞ dolları təşkil edib. 2007-ci ildən etibardən bu ilin iyul ayının 31-nə Şahdəniz yatağı üzrə qazın satışından əldə olunan ümumi gəlirlər isə 2 703 mln. ABŞ dolları olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR