Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə yeni baş direktor təyin olunub

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə yeni baş direktor təyin olunub
# 29 oktyabr 2019 15:37 (UTC +04:00)

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə (IAEA) yeni baş direktor təyin olunub.

"APA-Economics"in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, sözügedən posta namizədliyini dörd nəfər irəli sürmüşdür ki, səsvermədə Argentinanın daimi nümayəndəsi olan Rafael Qrossini qalib gəlib. O, IAEA-nın İdarə Heyətinin qərarı ilə Agentliyin baş direktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, 2009-cu ildən Agentliyə rəhbərlik edən sabiq baş direktor Yukiya Amano bu ilin iyulun sonlarında vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR