Avropada qazın qiyməti 1 200 dollara enib

Avropada qazın qiyməti 1 200 dollara enib
# 01 noyabr 2022 13:05 (UTC +04:00)

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 210 ABŞ dolları civarında qərarlaşıb.

APA-Economics” xəbər verir ki, 1 noyabr tarixində dekabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 210,4 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (1 433,3 dollar) ilə müqayisədə 4,1% azdır.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR