Avropada qazın qiyməti 1 500 dollara enib

Avropada qazın qiyməti 1 500 dollara enib
# 09 dekabr 2022 09:57 (UTC +04:00)

Ötən gün keçirilən hərracların başlanğıcında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 500 ABŞ dollarından yuxarı səviyyədə qərarlaşıb.

APA-Economics” xəbər verir ki, 8 dekabr tarixində yanvar fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 511,1 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (1 620,4 dollar) ilə müqayisədə 6,7% azdır.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR