Avropada qazın qiyməti 1 700 dolları ötüb

Avropada qazın qiyməti 1 700 dolları ötüb
# 08 dekabr 2022 12:15 (UTC +04:00)

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 700 ABŞ dollarını ötüb.

APA-Economics” xəbər verir ki, 8 dekabr tarixində yanvar fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 707,4 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (1 620,4 dollar) ilə müqayisədə 5,4% çoxdur.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR