Avropada qazın qiyməti bir gündə 23%-dək bahalaşıb

Avropada qazın qiyməti bir gündə 23%-dək bahalaşıb
# 06 iyun 2023 09:20 (UTC +04:00)

Ötün gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 320 ABŞ dollarını ötüb.

APA-Economics” xəbər verir ki, 5 iyun tarixində iyul fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 323,4 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (263,3 dollar) ilə müqayisədə 22,8% çoxdur.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR