Avropada qazın qiyməti yenidən 1 300 dolları ötüb

Avropada qazın qiyməti yenidən 1 300 dolları ötüb
# 27 aprel 2022 12:48 (UTC +04:00)

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti artaraq 1 300 ABŞ dollarından yuxarı səviyyədə olub.

"APA-Economics" xəbər verir ki, 27 aprel tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) may fyuçerslərinin qiyməti 1 310 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 15% çoxdur.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR