Avropada təbii qaz 9% bahalaşıb

Avropada təbii qaz 9% bahalaşıb
# 31 may 2023 16:04 (UTC +04:00)

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 300 ABŞ dollarından yuxarı qalxıb.

APA-Economics” xəbər verir ki, 1 iyun tarixində iyun fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 303,6 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (279,2 dollar) ilə müqayisədə 8,7% çoxdur.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR