Avropada təbii qaz daha da ucuzlaşıb

Avropada təbii qaz daha da ucuzlaşıb
# 17 may 2023 10:34 (UTC +04:00)

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 360 ABŞ dollarından aşağı enib.

APA-Economics” xəbər verir ki, 16 may tarixində iyun fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 358,9 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (363,4 dollar) ilə müqayisədə 1,2% azdır.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR