Avropada təbii qaz ucuzlaşıb

Avropada təbii qaz ucuzlaşıb
# 07 sentyabr 2022 12:38 (UTC +04:00)

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 2 350 ABŞ dollarından yuxarı səviyyədə qərarlaşıb.

APA-Economics” xəbər verir ki, 7 sentyabr tarixində oktyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 2 354,4 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (2 455,2 dollar) ilə müqayisədə 4,1% azdır.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR