Avropada təbii qaz ucuzlaşıb

Avropada təbii qaz ucuzlaşıb
# 20 sentyabr 2022 10:39 (UTC +04:00)

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 800 ABŞ dollarından yuxarı səviyyədə qərarlaşıb.

APA-Economics” xəbər verir ki, 19 sentyabr tarixində oktyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 815 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 6,5% azdır.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR