Avropada yeraltı anbarlardan qazın çıxarılması üzrə rekord yenilənib 

Avropada yeraltı anbarlardan qazın çıxarılması üzrə rekord yenilənib 
# 27 yanvar 2022 15:51 (UTC +04:00)

Yanvarın 25-ə olan məlumata görə, Avropa ölkələri yay mövsümündə yeraltı anbarlara vurulan qazın 75,9% və ya 36,3 mlrd. kubmetrini artıq çıxarıb.

"APA-Economics"in verdiyi məlumata görə, bu barədə Rusiya mətbuatı "Qazprom" şirkətinə istinadən xəbər verir.

Məlumata görə, qeyd olunan göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,9% və ya 14,9 mlrd. kubmetr çoxdur

Qeyd olunur ki, yanvarın 25-də Avropanın qaz anbarlarının dolumluluğu 40,9%-ə düşüb. İndiyədək qeydə alınan minimal göstəricisi ilə müqayisədə isə qaz anbarlarının sözügedən tarixə dolumluluq səviyyəsi 2,24 mlrd. kubmetr azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR