Azərbaycan alternativ enerji sahəsində Monteneqronun təcrübəsindən yararlanmaq niyyətindədir

Azərbaycan alternativ enerji sahəsində Monteneqronun təcrübəsindən yararlanmaq niyyətindədir
# 25 iyun 2019 11:42 (UTC +04:00)

Azərbaycan və Monteneqro arasında alternativ enerji sahəsində əməkdaşlıq üçün böyük imkanlar mövcuddur. "APA-Economics"in xəbərinə görə, bunu Azərbaycan-Monteneqro biznes forumunda çıxış edən Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, bu sahə üzrə Monteneqro böyük təcrübəyə malikdir və bu təcrübədən yararlanaraq, Azərbaycanda da bu sahənin inkişaf etdirilməsinə lazımi imkanlar var.

"Digər tərəfdən, turizm sahəsində qarşılıqlı münasibətləriniz inkişaf etdirilir. Monteneqrodan Azərbaycana gələn turistlərin sayı isə hər il artır və əksinə, Azərbaycandan da Monteneqroya gedən turistlərin sayında artım var. İki ölkə arasında çarter aviareysləri mütəmadi olaraq həyata keçirilir. Hava nəqliyyatı sahəsində əməkdaşlığın genişləndirilməsi və davam etdirilməsi əsas niyyətlərimizdən biridir", - deyə nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR