Azərbaycan bu il 22 ölkəyə neft ixrac edib - REYTİNQ

Azərbaycan bu il 22 ölkəyə neft ixrac edib - REYTİNQ
# 17 iyun 2022 12:09 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycan İtaliyaya 3 327 937,37 min ABŞ dolları dəyərində 4 737 557,99 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycanın ümumi neft ixracında ikinci yerdə İsrail qərarlaşıb.

Belə ki, hesabat dövründə Azərbaycan bu ölkəyə 855 500,01 min dollar dəyərində 1 194 565,25 ton neft ixrac edib.

Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri Hindistan tutur. Yanvar-may aylarında bu ölkəyə 770 016,57 min dollar dəyərində 959 145,53 ton neft ixrac edilib.

Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, hesabat dövründə 22 ölkəyə 8 058 720,31 min dollarlıq 11 383 684,99 ton neft ixrac edib.

"APA-Economics" Azərbaycanın 2022-ci ilin yanvar-may aylarında neft ixrac etdiyi ölkələrə dair tərtib etdiyi reytinqi (ixrac edilən neftin həcminə görə) təqdim edir:

#

Ölkələr

Miqdar, ton

Məbləğ, min $

-

Cəmi

11 383 684,99

8 058 720,31

1

İtaliya

4 737 557,99

3 327 937,37

2

İsrail

1 194 565,25

855 500,01

3

Hindistan

959 145,53

770 016,57

4

Böyük Britaniya

613 731,08

463 498,42

5

Portuqaliya

607 944,06

428 162,99

6

Ukrayna

506 349,3

304 515,94

7

İspaniya

385 525,62

265 458,72

8

Tunis

370 885,05

273 656,79

9

Tailand

368 473,28

231 496,55

10

Almaniya

351 003,97

258 524,91

11

Çexiya

251 558,96

160 494,5

12

Türkiyə

216 555,68

118 933,65

13

Rumıniya

170 203,55

103 202,37

14

Vyetnam

137 774,98

117 729,67

15

Xorvatiya

90 841,14

78 130,53

16

İsveçrə

89 505,43

76 076,74

17

İrlandiya

88 077,58

50 060,05

18

Belarus

84 893,31

57 590,07

19

Avstriya

82 901,03

55 781,16

20

Avstraliya

75 725,01

61 669,02

21

Rusiya

465,51

282,82

22

Gürcüstan

1,7

1,44

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR