Azərbaycan bu il 26 ölkəyə 25 mln. tondan çox neft ixrac edib - REYTİNQ

Azərbaycan bu il 26 ölkəyə 25 mln. tondan çox neft ixrac edib  - REYTİNQ
# 21 dekabr 2021 14:32 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan İtaliyaya 5 772 671,89 min ABŞ dolları dəyərində 12 093 336,61 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycanın ümumi neft ixracında ikinci yerdə Xorvatiya qərarlaşıb. Belə ki, hesabat dövründə Azərbaycan bu ölkəyə 751 238,16 min dollar dəyərində 1 530 609,18 ton neft ixrac edib.

Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri İsrail tutur. Yanvar-noyabr aylarında bu ölkəyə 780 097,43min dollar dəyərində 1 530 311,38 ton neft ixrac edilib.

Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, Azərbaycan bu ilin yanvar-noyabr aylarında 26 ölkəyə 12 285 430,87 min dollarlıq 25 537 504,3 ton neft ixrac edib.

"APA-Economics" Azərbaycanın cari ilin yanvar-noyabr aylarında neft ixrac etdiyi ölkələrə dair tərtib etdiyi reytinqi təqdim edir:

#

Ölkələr

Miqdar, ton

Məbləğ, min $

-

Cəmi

25 537 504,3

12 285 430,87

1

İtaliya

12 093 336,61

5 772 671,89

2

Xorvatiya

1 530 609,18

751 238,16

3

İsrail

1 530 311,38

780 097,43

4

İspaniya

1 270 845,01

552 660,7

5

Hindistan

1 261 379,88

584 154,78

6

Portuqaliya

1 160 910,38

587 003,87

7

Almaniya

888 321,14

463 801,45

8

Ukrayna

848 991,01

373 411,61

9

Tunis

845 744,77

411 688,48

10

Böyük Britaniya

624 005,43

312 493,08

11

Türkiyə

599 350,32

278 361,76

12

Belarus

541 428,88

270 984,46

13

Kanada

416 119,36

214 757,33

14

Çexiya

389 388,06

211 711,31

15

Çin

277 516,67

102 592,36

16

Tailand

277 100,94

134 110,72

17

Rumıniya

173 781,81

80 876,89

18

İndoneziya

173 504,81

87 124,86

19

Vyetnam

139 699,64

72 728,56

20

Fransa

91 755,21

45 737,11

21

İsveçrə

90 283,35

48 391,61

22

Yunanıstan

89 320

48 262,58

23

İrlandiya

87 840,9

41 737,54

24

Avstriya

80 008,75

37 460,90

25

Avstraliya

54 975,82

20 884,24

26

Rusiya

974,99

487,19

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR