Azərbaycan hidrogen iqtisadiyyatını inkişaf etdirmək üçün əlverişli vəziyyətdədir

Azərbaycan hidrogen iqtisadiyyatını inkişaf etdirmək üçün əlverişli vəziyyətdədir
# 17 mart 2023 11:32 (UTC +04:00)

Azərbaycan quruda və Xəzər dənizində bərpa olunan enerji mənbələrinin yüksək potensialına görə hidrogen iqtisadiyyatını inkişaf etdirmək üçün əlverişli vəziyyətdədir.

"APA-Economics" xəbər verir ki, bu barədə Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Kamran Hüseynov "Yaşıl hidrogen - dekarbonizasiyaya gedən yol" mövzusunda keçirilən seminar zamanı bildirib.

Onun sözlərinə görə, ölkədə hidrogen yerləşdirilməsinin əsas xüsusiyyətləri arasında onu qeyd etmək olar ki, Azərbaycan qaz kəməri infrastrukturu vasitəsilə Avropa qaz bazarlarına yaxşı bağlıdır. Cənub Qaz Dəhlizi təbii qazla qarışıq hidrogeni enerji bazarlarına çatdırmaq üçün istifadə edilə bilər. Digər variant yaşıl hidrogenin tədarükü üçün şəbəkədən kənar H2 boru kəməri ola bilər.

Kamran Hüseynov onu da qeyd edib ki, Azərbaycanda yaşıl hidrogenin uyğunlaşdırılmış dəyəri digər bazarlarla müqayisədə rəqabətədavamlı ola bilər. Ammonyak və metanol istehsalı, elektrik enerjisi istehsalı və mərkəzləşdirilmiş istilik təchizatı Azərbaycanda yaşıl hidrogenin mümkün tətbiq sahələridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR