Azərbaycan kimya sənayesi məhsullarının ixracını kəskin artırıb

Azərbaycan kimya sənayesi məhsullarının ixracını kəskin artırıb
# 16 noyabr 2019 11:00 (UTC +04:00)

Azərbaycan bu ilin yanvar-oktyabr aylarında 433 727,92 ton kimya sənayesi məhsulları ixrac edib, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi kimya sənayesi məhsullarının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 35,6% artaraq 86 582,98 min ABŞ dollar təşkil edib.

Bundan əlavə, bu ilin 10 ayında Azərbaycan 161 185,93 min dollar dəyərində 217 927,11 ton plastmas və ondan hazırlanan məmulatlar ixrac edib.

Hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 55,6%, həcmi isə 58% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR