Azərbaycan Rusiya və MDB ölkələrinə alüminium ixracını artırmağı planlaşdırır.
“APA-Economics” xəbər verir ki, Rusiya bazarı üçün Gəncə Alüminium Kompleksinin bazasında dövlətlərarası standarta (QOST) uyğun külçə və rulonların istehsalı üzrə ayrıca xətt işə salınıb.
Hazırda Rusiyadan başqa, QOST standartı ilə məhsul Ukrayna və Belarusa da göndərilir.
Cari ildə metal ixrac sifarişləri iki dəfə artıb. Müəssisə alüminium istehsalını ildə 200 min tona çatdırmağı planlaşdırır. Yaxın gələcəkdə istehsal gücü ildə 85 min ton olan alüminiumun isti-prokatı xəttinin quraşdırılması nəzərdə tutulur.