Azərbaycan, Türkiyə və Türkmənistan energetika şirkətlərinin görüşü olacaq

Azərbaycan, Türkiyə və Türkmənistan energetika şirkətlərinin görüşü olacaq
# 28 noyabr 2022 13:32 (UTC +04:00)

Azərbaycan, Türkiyə və Türkmənistan üçün energetika sahəsində əməkdaşlıq üçün atılacaq yeni addımlar var.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu türkmənistanlı həmkarı ilə birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, yaxın zamanda üç ölkənin bu sahədə çalışan şirkətləri arasında da görüşlər baş tutacaq. Çavuşoğlu əlavə edib ki, Xəzər dənizi vasitəsi ilə Azərbaycan, Türkiyə və Türkmənistan ərazisindən keçən Orta Dəhlizin əhəmiyyəti artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR