Azərbaycan və Rusiya sənaye kooperasiyasının inkişafına dair saziş hazırlayacaq

Azərbaycan və Rusiya sənaye kooperasiyasının inkişafına dair saziş hazırlayacaq
# 21 dekabr 2021 10:04 (UTC +04:00)

Rusiyanın Perm diyarı ilə Azərbaycanın neft-qaz sektoru iştirakçıları arasında əməkdaşlığı inkişaf etdirəcək işçi qruplarının formalaşdırılmasına dair protokollar imzalanıb.

"APA-Economics" Rusiya mətbuatına istinadən xəbər verir ki, tərəflər arasında razılıq Perm diyarının qubernatoru Dmitri Maxoninin Azərbaycana səfəri çərçivəsində əldə olunub.

D. Maxonin SOCAR, "Lukoil Azərbaycan" və "Lukoil Overseas Şahdəniz Ltd" şirkətlərinin rəhbərləri ilə işgüzar görüşlər keçirib. Görüşdə sənaye kooperasiyasının inkişafı sahəsində Permin təcrübəsi təqdim olunub.

Bununla yanaşı, SOCAR-ın rəhbərliyi ilə 2022-ci ilin yayınadək sənaye kooperasiyasının inkişafına dair sazişin və yol xəritəsinin hazırlanmasına dair razılıq əldə olunub.

Perm müəssisələri həmçinin, Azərbaycan sənayeçilərinin layihələrində, məsələn, dekarbonizasiya sahəsində istifadə oluna biləcək geniş çeşiddə məhsullar təklif edir. Artıq bu gün 70-ə yaxın Perm şirkətinin Azərbaycan biznesi ilə əməkdaşlığa hazır olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR