Azərbaycanda bu il enerji, qaz və buxar istehsalı sektorunun gəlirləri artıb

Azərbaycanda bu il enerji, qaz və buxar istehsalı sektorunun gəlirləri artıb
# 15 avqust 2022 09:57 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2022-ci ilin yanvar-iyul aylarında 1 635 mln. manat dəyərində məhsul istehsal olunmuş və xidmətlər göstərilmiş, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2%-lik artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 271,5 milyon manat təşkil edib, bu da illik müqayisədə 4,8% artım deməkdir.

Xatırladaq ki, ötən il Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2 614,8 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib ki, bu da illik müqayisədə 7,1% çoxdur. Hesabat dövründə ölkə üzrə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 444,3 mln. manat təşkil edib, bu da 18,2% artım deməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR