Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 1 931 mln. manatlıq məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 16,9%, rezin və plastik kütlə məmulatlarının istehsalında 6,5%, kimya sənayesi məhsullarının istehsalında isə 3,8% artıb.
Məlumata görə, rezin və plastik kütlə məmulatlarından bərk polietilen borular, borucuqlar, şlanqlar, qolların istehsalı 65,5%, kimya sənayesi məhsullarından metanol (metil spirti) istehsalı 54,2%, lak-boya məmulatlarının istehsalı 16,2% artıb, məsaməli polistirol lövhələr və zolaqların istehsalı isə 35,2% azalıb.
Azərbaycanda əsas kimya məhsullarının istehsalı dinamikası:
Məhsul növləri |
2022-ci il, yanvar-oktyabr |
2021-ci ilə müvafiq göstəricisinə nisbətən, % |
Azot, min kubmetr |
19 396,8 |
103,4 |
ondan əmtəəlik |
1 205,5 |
180,9 |
Yod, ton |
162 |
116,5 |
Oksigen, min kubmetr |
4 536,8 |
55,7 |
ondan əmtəəlik |
4 255,2 |
52,5 |
Propilen, min ton |
105,2 |
88,2 |
ondan əmtəəlik |
100,6 |
90,1 |
Polietilen, min ton |
105,2 |
76,2 |
Etilen, min ton |
109 |
78 |
Metanol (metil spirti), min ton |
449,3 |
154,2 |
Lak-boya məmulatları, ton |
27 095,2 |
116,2 |
Sair üzvi kompozisiya həllediciləri və durulaşdırıcıları, ton |
47 014,1 |
131 |