Azərbaycanda elektrik enerjisinin paylanması üzrə gəlirlər 50%-dən çox artıb

Azərbaycanda elektrik enerjisinin paylanması üzrə gəlirlər 50%-dən çox artıb
# 02 may 2023 10:29 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 16 169,7 min manatlıq elektrik enerjisinin nəqli üzrə xidmətlər göstərilib, bu da illik müqayisədə 3,8% çoxdur.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, 2022-ci ilin yanvar-mart aylarında bu göstərici 15 572,8 min manat təşkil edib.

Məlumata görə, hesabat dövrü ərzində ölkədə 1 356 min manat həcmində elektrik enerjisinin paylanması üzrə xidmətlər göstərilib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 54,3% çoxdur. 2022-ci ilin müvafiq dövründə bu göstərici 879 min manat təşkil edib.

Qeyd edilir ki, ötən il ölkədə 5 307,61 mln. kVt/saat elektrik enerjisi satılıb ki, bu da illik müqayisədə 2,8% artım deməkdir. Ötən ilin yanvar-mart aylarında qeyd olunan göstərici 5 163,8 mln. kVt/saat təşkil edib.

Xatırladaq ki, ötən il ölkədə 66 875,5 min manatlıq elektrik enerjisinin nəqli üzrə xidmətlər göstərilib, bu da illik müqayisədə 6,8% azdır. Hesabat dövrü ərzində ölkədə 4 803,8 min manat həcmində elektrik enerjisinin paylanması üzrə xidmətlər göstərilib, bu da 2021-ci ilin göstəricisi ilə müqayisədə 60,2% çoxdur. ötən il ölkədə 20 568,03 QVt/saat elektrik enerjisi satılıb ki, bu da illik müqayisədə 1,9% artım deməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR